17.06.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı 17.06.2022-ci il tarixində Azərbaycanın Milli Qəhrəmanı Behbudov Səfiyar Abuzər oğlunun anadan olmasının 55 illiyi münasibətilə ” Dasdana dönən oğullar “adlı anım günü keçirdi. Tədbirdə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. MKS-nin 19 saylı kitabxana filialının müdiri Elza Əliyeva tədbiri açıq elan edərək Azərbaycanın Milli Qəhrəmanı Behbudov Səfiyar Abuzər oğlunun həyat yolundan və qəhrəmanlığından söz açdı. Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Alıyev Rasim “Şəhidlər şərəf, qeyrət, ucalıq zirvəsidir”, Azərbaycan dili ədəbiyyat müəlliməsi Züleyxa Mirzəyeva “ Azərbaycan Milli Azadlıq Hərəkatının ön sıralarında gedən qəhrəman” , psixoloqu Qətibə Mustafayeva “Behbudov Səfiyar Abuzər oğlunun Bərdədə “Soy” adlı Demokratik Gənclər Təşkilatı yaradaraq gəncləri öz ətrafına toplamasından” Azərbaycan dövlətinin Milli Qəhrəmanlara, ümumən şəhidlərimizə, onların ailələrinə göstərdiyi diqqət və qayğıdan danışdı. Uşaq Təşkilatının rəhbəri Qənifə Nağıyeva “Qəhrəmanlıq səlnaməsi”, Kitabxanaçı Ruziyə Abbasova, Jalə İsmayılova Ulu öndər Heydər Əliyevin və hazırda onun yolunu şərəflə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin daima şəhidlərin xatirəsini əbədiləşdirmək, şəhid ailələrinə xüsusi qayğı göstərmək üçün çalışmasından danışdılar. Tədbirdə İşrirakşılardan VIIc sinif şagirdlərindən Ayan Həsənova, Bağdagül İsmayılova, Tuncay Əliyev, Elcan Musayev, Çinarə Alıyeva, Minarə İsayeva şəhidlər haqqında təqdimatlar ,şeirlər, söylədilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin.